Beynəlxalq təhsil

HBN Group beynəlxalq təhsil dialoqunda iştirak etdi

HBN Group British Council tərəfindən ADA Universitetində keçirilən Transnational Education Dialogue forumuna qatılıb. Tədbirdə ali təhsildə beynəlxalq əməkdaşlıq və müxtəlif ölkələrin təhsil modelləri barədə təqdimatlar olub.

Rüfət Əzizov ADNSU-nun inkişaf planlarından, Gareth Roberts isə ADNSU ilə Warwick Universitetinin ikili diplom proqramlarından danışıb. Komiljon Karimov Özbəkistan ali təhsilində aparılan islahatları təqdim edib. HBN-in xəbərində bu modellərin Azərbaycanda yeni inkişaf imkanları yarada biləcəyi vurğulanır.