Karyera və tədbirlər

CareerFest BEU 2025: gənclər üçün karyera imkanları

CareerFest BEU 2025-in iştirakçıları
CareerFest BEU 2025-in iştirakçıları

Mayın 22-də HBN Group və Bakı Mühəndislik Universitetinin birgə təşkil etdiyi CareerFest BEU 2025 keçirilib. Veysəloğlu Şirkətlər Qrupunun baş sponsor olduğu tədbir gənclərin işəgötürənlərlə tanışlığına və karyera imkanlarını araşdırmasına şərait yaradıb.

Festivalda dövlət, özəl və beynəlxalq sektordan 100-ə yaxın şirkət iştirak edib. İş axtaranlara 965 vakansiya, təcrübə qazanmaq istəyənlərə isə 961 proqram təqdim olunub. Tədbir universitet tələbələri ilə yanaşı digər iştirakçılar üçün də açıq olub.