“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass proqramı
“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass proqramı
Mentor haqqında məlumat
Fuad Qəmbərov, 13 ildən çox təcrübəsi olan İR mütəxəssisi və
Sertifikatlaşdırılmış Strateji İR Biznes Tərəfdaşı (CSHRBP/LSBF), hazırda
Bestcomp Group QSC-də İnsan Resursları üzrə Baş Müdir (CHRO) vəzifəsində
çalışır. İR idarəçiliyi, biznes və təşkilati dəyişikliklər sahəsində dərin
biliklərə malik olan Fuad Qəmbərov, İR strategiyalarının hazırlanması və
tətbiqi, daxili proseslərin optimallaşdırılması, OPEX və CAPEX
büdcələrinin idarə edilməsi kimi sahələrdə ixtisaslaşıb. Bundan əvvəl
“NORM” MMC, “Avesta” və “Akkord” kimi nüfuzlu şirkətlərdə rəhbər
vəzifələrdə fəaliyyət göstərmişdir. Özəl və dövlət sektorunda, həmçinin,
bank, pərakəndə, inşaat, istehsalat və biznesin inkişafı sahələrində
təcrübəyə malikdir. MBA dərəcəsinə sahib olan Fuad Qəmbərov hazırda
CIPD-nin İnsan Resursları üzrə diplomu (Səviyyə 5) üzərində çalışır.
İngilis, rus və türk dillərində sərbəst danışır. Onun rəhbərliyi altında
bir çox uğurlu layihələr həyata keçirilmiş, beynəlxalq sertifikatlarla
təcrübəsini möhkəmləndirmişdir.
Təlim kimlər üçün nəzərdə tutulub?
İnsan resursları üzrə mütəxəssislər
İnsan resursları üzrə analitiklər
Təlim və inkişaf üzrə insan resursları əməkdaşları
İnsan resursları üzrə biznes-partnyorları
İnsan resursları üzrə menecerləri
İnsan resursları rəhbərləri
Təlimin faydaları
Peşəkar inkişaf: İştirakçılar, insan
resursları sahəsində liderlik və strateji bacarıqlarını inkişaf
etdirib, müasir iş mühiti və tələblərinə uyğun səriştələr
qazanacaqlar.
Texnologiya və rəqəmsallaşma bacarıqları:
İştirakçılar, rəqəmsal transformasiya və texnologiyanın İR sahəsində
tətbiqi barədə dərindən anlayış əldə edəcəklər.
Dəyişiklik idarəetməsi: İştirakçılar, İR-da
dəyişikliklərin necə effektiv şəkildə idarə olunması və müsbət
nəticələr əldə edilməsi ilə bağlı bilik və bacarıqlarını inkişaf
etdirəcəklər.
İnsan Resurslarında Liderlik: İştirakçılar,
İR liderlərinin gələcəkdəki rollarına dair yeni yanaşmalar və
bacarıqlar öyrənməyə, dəyişən mühitə uyğun yeni strategiyalar tətbiq
etməyə kömək edəcəklər.
Networking imkanı: Təlim iştirakçıları, eyni
sahədə çalışan digər peşəkarlarla tanış olmaq və əlaqələr qurmaq
imkanı əldə edəcəklər, bu da onların şəxsi və peşəkar inkişafına
müsbət təsir göstərəcək.
Müasir İR trendləri: İştirakçılar, yeni işçi
təcrübəsi və mədəniyyətin inkişafı mövzularında aktuallığı yüksək olan
məlumatlarla tanış olacaqlar.
Sosial və əyləncəli təcrübə: İştirakçılar,
yalnız bilik və bacarıqlarını inkişaf etdirməklə kifayətlənməyəcək,
həm də əyləncəli kommunikativ oyunlar və Qarabağ turu ilə rahatlama
imkanı əldə edəcəklər.
“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass
proqramı