Menyu
Your Cart

“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass proqramı

“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass     proqramı
“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass proqramı
Mentor haqqında məlumat Fuad Qəmbərov, 13 ildən çox təcrübəsi olan İR mütəxəssisi və Sertifikatlaşdırılmış Strateji İR Biznes Tərəfdaşı (CSHRBP/LSBF), hazırda Bestcomp Group QSC-də İnsan Resursları üzrə Baş Müdir (CHRO) vəzifəsində çalışır. İR idarəçiliyi, biznes və təşkilati dəyişikliklər sahəsində dərin biliklərə malik olan Fuad Qəmbərov, İR strategiyalarının hazırlanması və tətbiqi, daxili proseslərin optimallaşdırılması, OPEX və CAPEX büdcələrinin idarə edilməsi kimi sahələrdə ixtisaslaşıb. Bundan əvvəl “NORM” MMC, “Avesta” və “Akkord” kimi nüfuzlu şirkətlərdə rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. Özəl və dövlət sektorunda, həmçinin, bank, pərakəndə, inşaat, istehsalat və biznesin inkişafı sahələrində təcrübəyə malikdir. MBA dərəcəsinə sahib olan Fuad Qəmbərov hazırda CIPD-nin İnsan Resursları üzrə diplomu (Səviyyə 5) üzərində çalışır. İngilis, rus və türk dillərində sərbəst danışır. Onun rəhbərliyi altında bir çox uğurlu layihələr həyata keçirilmiş, beynəlxalq sertifikatlarla təcrübəsini möhkəmləndirmişdir.
Təlim kimlər üçün nəzərdə tutulub?

İnsan resursları üzrə mütəxəssislər

İnsan resursları üzrə analitiklər

Təlim və inkişaf üzrə insan resursları əməkdaşları

İnsan resursları üzrə biznes-partnyorları

İnsan resursları üzrə menecerləri

İnsan resursları rəhbərləri

Təlimin faydaları

Peşəkar inkişaf: İştirakçılar, insan resursları sahəsində liderlik və strateji bacarıqlarını inkişaf etdirib, müasir iş mühiti və tələblərinə uyğun səriştələr qazanacaqlar.
Texnologiya və rəqəmsallaşma bacarıqları: İştirakçılar, rəqəmsal transformasiya və texnologiyanın İR sahəsində tətbiqi barədə dərindən anlayış əldə edəcəklər.
Dəyişiklik idarəetməsi: İştirakçılar, İR-da dəyişikliklərin necə effektiv şəkildə idarə olunması və müsbət nəticələr əldə edilməsi ilə bağlı bilik və bacarıqlarını inkişaf etdirəcəklər.
İnsan Resurslarında Liderlik: İştirakçılar, İR liderlərinin gələcəkdəki rollarına dair yeni yanaşmalar və bacarıqlar öyrənməyə, dəyişən mühitə uyğun yeni strategiyalar tətbiq etməyə kömək edəcəklər.
Networking imkanı: Təlim iştirakçıları, eyni sahədə çalışan digər peşəkarlarla tanış olmaq və əlaqələr qurmaq imkanı əldə edəcəklər, bu da onların şəxsi və peşəkar inkişafına müsbət təsir göstərəcək.
Müasir İR trendləri: İştirakçılar, yeni işçi təcrübəsi və mədəniyyətin inkişafı mövzularında aktuallığı yüksək olan məlumatlarla tanış olacaqlar.
Sosial və əyləncəli təcrübə: İştirakçılar, yalnız bilik və bacarıqlarını inkişaf etdirməklə kifayətlənməyəcək, həm də əyləncəli kommunikativ oyunlar və Qarabağ turu ilə rahatlama imkanı əldə edəcəklər.

“Transformasiyada İnsan Resurları Liderlerinin rolu” üzrə master-klass proqramı

Transformasiya nədir və niyə vacibdir?
HR Liderləri və strategiya
Texnologiya və rəqəmsallaşma
İR-da dəyişiklik idarəedilməsi
Mədəniyyət və işçi təcrübəsi
İR Liderlərinin yeni səriştələri
İR və davamlı inkişaf
Əyani nümunələr və yaxşı təcrübələr

22-23 fevral, 2025
Tur + master-klass
Sertifikat
25 iştirakçı

Ödənişə daxildir

Qonaqlama
2 Günlük Möhtəşəm Qarabağ turu
3 saatlıq interaktiv master-klas
Təlim Materialları
Əyləncəli kommunikativ oyunlar
Gün ərzində 3 dəfə qidalanma
Bol İstirahət
Networking
Nəqliyyat ( gediş-gəliş )
Professional çəkiliş
Sertifikat təqdimatı

1.00
ƏDV xaric: 1.00
WhatsApp Sizə zəng edək