Təcrübə sahələri; 1974-cü ildə İstanbulda anadan olan Ercan Telci  işgüzar həyatını peşəkar və yetişkin təlimçi kimi keçirib; Bütün satış yönümlü təlimlər, İsti sahə və Korporativ satış, Müştəri şəxsiyyətinin analizi, "Nəzəriyyə sənəti", "Qiymət və bütün etirazların öhdəsindən gəlmək bacarığı", "Ritorika sənəti" (inandırma), Neyro satış, Effektiv ünsiyyət bacarıqları, Yeni müştərilərin qazanılması, Daimi Motivasiya bacarıqları, Satışların bağlanması, Komanda işi, Stressin İdarə Edilməsi, Problem Həlli, Bədən Dili, Aparıcı Satışçılar, Effektiv Vaxtı İdarə Etmə, Düzgün Qərar Vermə,  Marketinq Strategiyaları, Neyroscience və Şüurun İdarə Edilməsi sahələrində mükafatlar qazandıran təlim və seminarlar verir.

Təhsili: İstanbul Texniki Universitetinin İnşaat fakultəsində təhsil almışdır. Yıldız Teknik Universitetində "Liderlik, Marketinq və Effektiv İdarəetmə" təlim proqramını tamamladıqdan sonra Ercan Telci beynəlxalq aləmin ən yaxşı Kouçinq məktəbində və Kouçinq Federasiyasının təsdiq etdiyi Erickson Koçinq Məktəbində (ICF) məşqçilik (kouçluq) təhsili aldı. O, İzzet Baysal Universitetinin Marketinq kafedrasında magistratura təhsilini davam etdirir.

Akkreditasiya olunmuş:  Ercan Telci T.R. Ticarət Nazirliyi tərəfindən Akkreditə olunmuş təlimçidir. Platform Academy "Təlimçinin təlimi" proqramını və İstanbul Universitetinin distant təhsil Strateji Marketinq Satışları idarəetmə sertifikat proqramlarını tamamladı.


O, Hollandiya və Belçikada “Evolution Coaching və Kenneth Blanchard Talent Management və Self Leadership Training Turkey Center” (Liderin gücləndirilməsi üçün motivasiyanın effektivliyini artırmaq) üzrə kouçinq proqramı almışdır.

Ercan Telci Satış dünyasında ən böyük adla çalışıb: Türkiyənin bu sahədə ən təcrübəli və satış təlimçilərinin ustası olan və" satış sevgisi " kitabının müəllifi olan 'Özkan kaymak" hocadan təkbətək, üz-üzə 200 saatdan çox fərdi usta satış kouçluğu təlimi  almışdır və onlar üç il birlikdə çalışaraq şirkətlər üçün satış təlimləri keçirmişdilər.


Mükafatlar: Ard-arda 3 il ardıcıl və nəhayət 2017-ci ilin oktyabr ayında  İstanbul Gelişim Universitetində keçirilən ‘’SATIŞ ZİRVƏSİ’’ Konqresində və Universitet və İnkişaf Liderləri Klubunun tələbələrinin keçirdiyi sorğuda o,  ilin Ən Uğurlu Satış Təlimçisi seçilmişdir.
Təlimçi  Satış və marketinq  mövzusunda aktual məsələlərdən bəhs edən ‘’Satış Bilgeliği’’  kitabının müəllifidir. Bundan əlavə təlimçinin satışla bağlı bir sıra kitabları da mövcuddur.

Onun istinadları arasında;   Eczacıbaşı, Simens, Baymak, İstanbul Sənaye Palatası, Gaziantep Ticaret Odası, Erciyas Holding, Alliance Holding, Kavukçu Un Group Şirkətlər Holding, İstikbal, Bellona, Volkswagen Doğuş Oto Acarlar, Cbn Logistics, Karcher, Aydem Gediz Elektrik, Federal Elektrik, Arçelik, Sabancı Dx Bulutistan, Roksit Bilişim, Otorento, Best Fm, Duymer Hearing Arfen İnşaat, İmak Ofset Printing Publication, Volvo Ascendum, Lr Cosmetics, Farmasi, Semak Kənd Təsərrüfatı Maşınqayırması, Papatya mebel, Mc Filter, Marcegaglio Iron and Steel, Galva Metal A.Ş., Realty World Turkey, Baymak, Inoksan, Netafim, Ottobock, Ersaf Alüminium, Teknik Kimya, Kültür Təhsil Müəssisələri kimi fərqli sektorlardan bir çox şirkətə Satış və Motivasiya təlimləri təqdim edir.

Bundan əlavə, o, 35-dən çox fərqli-fərqli ali təhsil müəssisəsində Satış menecmenti, Marketinq, Liderlik, Motivasiya və Kommunikasiya kimi mövzular üzrə seminar və konfranslar verib.

Sabancı Holding, Aksoylar Group Holding, Cevahirler Holding, Dünya Pazarlama A.Ş, Arslan Elektrik Elektronik Turizm İnşaat A.Ş ilə əməkdaşlıq etdiyi və satış meneceri işlədiyi şirkətlərdən bəziləridir.