22 may tarixində HBN Group və Bakı Mühəndislik Universitetinin birgə təşkilatçılığı, Veysəloğlu Şirkətlər qrupunun baş sponsorluğu ilə keçirilən tədbirimiz, gəncləri karyera imkanları ilə bir araya gətirdi!

Tədbirdə dövlət, özəl və beynəlxalq olmaqla 100-ə yaxın şirkət iştirak etdi. 965 vakansiya və 961 təcrübə proqramı təqdim olundu. Tədbir sadəcə Bakı Mühəndislik Universiteti tələbələrinə deyil, eyni zamanda hərkəsə açıq təşkil edilmişdi ki, daha çox insana fayda verə bilək. Buna görə də tədbirə careerfest.az saytından online qeydiyyatdan keçərək, 2489 nəfər (Ümumi iştirakçı sayı təxminən 8000 nəfər olmuşdur) biletlə daxil oldu. Tədbirdə iştirakçılar üçün interaktiv və əyləncəli oyunlarla yanaşı DJ və musiqili proqramlar da təşkil olunmuşdu.

Bizə dəstək olan bütün partnyorlarımıza və iştirakçılara dərin təşəkkürümüzü bildiririk!