Baku Hilton Hoteldə “YENİ ÜFÜQ” layihəsinin rəsmi açılış mərasimi keçirildi.

SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən, valideyn himayəsindən məhrum olmuş gənclərin məşğulluq bacarıqlarının artırılmasına yönəlmiş “YENİ ÜFÜQ” layihəsinin rəsmi açılışı baş tutdu.

Tədbir çərçivəsində inklüziv məşğulluq, sosial reinteqrasiya və dövlət–özəl sektor əməkdaşlığı mövzularında panel və dəyirmi masa müzakirələri aparıldı. Müzakirələr zamanı gənclərin əmək bazarına inteqrasiyası, davamlı sosial təsirin yaradılması və əməkdaşlıq imkanları ön plana çəkildi.

Layihə ictimai və özəl sektor arasında tərəfdaşlığın gücləndirilməsi, eləcə də sosial məsuliyyətin təşviqi baxımından mühüm addım kimi dəyərləndirilir.