Ahmet Kandemir ilə "Effektiv Rəhbərlik və Kommunikasiya" Kampı
Ahmet Kandemir ilə "Effektiv Rəhbərlik və Kommunikasiya" Kampı
Təlimçi haqqında məlumat
Ahmet Kandemir 1997-ci ildən bəri Doğuş Holding, Koç Holding, Çalık
Holding, Yaşar Holding və digər müəssisələrdə rəhbər vəzifələrdə fəaliyyət
göstərmişdir. 2017-ci ildən Azərbaycanda fəaliyyətini davam etdirərək,
Baku Shopping Festival-da Satış və Marketinq şöbələrinin direktoru, Baku
Electronics-də Satış direktoru, Madame Coco Azərbaycan şəbəkəsinin Satış
və Marketing direktoru kimi fəaliyyət göstərib. -Peşəkar karyerası ərzində
müxtəlif rəhbər vəzifələrində çalışmış və təlim xidmətləri vermişdir.
Hal-hazırda “Novator HRC” şirkətinin İdarə heyətinin üzvü və idarə heyəti
sədrinin müşaviri olaraq iş həyatına davam edib, HBN Academy ilə
əməkdaşlıq etməkdədir.
Təlim kimlər üçün nəzərdə tutulub?
Müxtəlif sahələrdən olan menecerlər və komanda rəhbərləri
Öz rəhbərlik bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər
Həm fərdi, həm də komanda məhsuldarlığını artırmağı hədəfləyənlər
Çətin vəziyyətlərdə effektiv qərar qəbul etmək istəyənlər
Peşəkar şəbəkələrini genişləndirmək istəyənlər
Yeni məzunlar, iş həyatına hazırlaşanlar.
Təlimin faydaları
1. Rəhbərlik Bacarıqlarının İnkişafı: Müasir
idarəetmə texnikalarını öyrənərək liderlik keyfiyyətlərinizi
gücləndirə bilərsiniz.
2. Effektiv Kommunikasiya: Daha təsirli və
aydın ünsiyyət qurma yollarını öyrənərək həm şəxsi, həm də peşəkar
əlaqələrinizi inkişaf etdirəcəksiniz.
3. Komanda İşinin Təkmilləşdirilməsi:
Komanda ruhunu gücləndirən strategiyalarla həm məhsuldarlığı, həm də
iş mühitini yaxşılaşdırmaq bacarığı qazanacaqsınız.
4. Problemlərin Həlli Bacarıqları: Çətin
vəziyyətlərdə yaradıcı və effektiv qərarlar qəbul etmək üçün yeni
metodlar öyrənəcəksiniz.
5. Şəbəkə İmkanları: Müxtəlif sahələrdən
olan peşəkarlarla tanış olaraq dəyərli əlaqələr qurmaq şansı əldə
edəcəksiniz.
6. Motivasiya və İlham: Liderlik mövzusunda
ən yaxşı təcrübələrdən ilham alaraq işə daha həvəslə yanaşacaqsınız.
7. Stressin İdarə Olunması: Yüksək təzyiq
altında məhsuldarlığı qorumaq üçün praktiki üsulları öyrənəcəksiniz.
Tədris proqramı
Modul 1: Yönetimde Yapılan Hatalar ve Yanlış Adımlar