British Council tərəfindən ADA Universitetində təşkil edilən bu forum ali təhsil müəssisələri üçün mühüm və faydalı mövzuları əhatə etdi.



ADNSU rektoru Rüfət Əzizov universitetin ikili diplom proqramları, hədəfləri və inkişaf strategiyaları barədə dəyərli məlumatlar təqdim etdi.


Warwick Universitetinin Strateji İnkişaf üzrə Direktoru Gareth Roberts ADNSU və Warwick Universiteti arasında ikili diplom proqramları haqqında danışdı.


Westminster International Universitetinin Rektoru Komiljon Karimov Özbəkistanda ali təhsil sistemində son illər həyata keçirilən islahatlar və inkişaf proqramlarını paylaşdı.


Bu cür uğurlu beynəlxalq təhsil modellərinin ölkəmizdə tətbiqi ali təhsildə yeni inkişaf perspektivləri yarada bilər. 


British Council ölkə üzrə direktoru Nərgiz Hacıyeva və komandasına peşəkar təşkilatçılığa və dəvətə görə təşəkkür edirik!